2010/10/20

DƏCCALIN OYUNU SONA ÇATDI

Bu dünya həyatı, yaxşılarla pislərin, gözəllik çirkinliyin ortaya çıxdığı, insanların etdikləriylə sınandığı, iman edənlərin və etməyənlərin imtahan olunduğu keçici  məkandır. Bütün varlıqları və bu imtahan mühitini yaradan Uca Allah, imtahanın gərəyi olaraq iman edənlərə qarşı inkar edən, günahkar düşmənlər yaratmışdır. Peyğəmbərimizin hədislərinə görə hər dövrdə peyğəmbərlərin və iman edənlərin qarşısına çıxan bu düşmən, Hz. İsanın təkrar yer üzünə gəlməsinin gözlənildiyi dövrdə, yəni axır zamanda, "Dəccal" olacaq.

2010/10/18

ŞEYTANIN TƏRS MƏNTİQ ÜSULU


Şeytanın iyrənc və hiyləgər üsulu vardır. Şeytan bu üsulla insanları din əxlaqını təbliğ etməkdən, ateizm ilə mübarizədən, gözəl əxlaqın bütün dünyaya yayılması üçün səy göstərməkdən uzaqlaşdırır. Şeytanın bu hiyləgər üsuluna uyan insanlar ibadət etməmək, təbliğ etməmək, Allah üçün çətinliklərə sinə gərməmək, Allah rızası üçün yaşamamaq və azğın inanc sistemlərinə qarşı mübarizə verməmək üçün səbəblər, bəhanələr olduqca çoxdur. Şeytanın insanları doğru yoldan uzaqlaşdırma üsulu elə hiyləgər və aldadıcıdır ki, Allah yolunda cihad etmədə tərəddüddə olan insanlar bu bəhanələri özlərinə bir an olsun belə tərəddüd etmədən səbəb gətirirlər.

2010/10/16

ROMANTİZMİN FİZİKİ TƏXRİBATLARI

Şübhəsiz Allah, insanlara heç bir şeylə zülm etməz. Ancaq insanlar, öz nəfslərinə zülm edirlər. (Yunus Surəsi, 44)

Duyğusallıq  insanın ruhunda və mənəviyyatında ciddi xəstəliyə səbəb olduğu kimi, fiziki olaraq da problem yaradır. İlk olaraq insanın istəsə belə heç kəsdən gizlədə bilmədiyi fiziki dəyişikliklər olur, çünki ruhda yaşanan narahatlıqlar, gərginliklər, kədərlər təbii olaraq insanın xarici görünüşündə də əks olunur. Üz əzələləri, baxışları, mimikaları, əl və qol hərəkətləri, səs tonları bu insanların hər baxımdan duyğusallığın  təsiri altında olduqlarını hiss etdirir.

Duyğusal  insanlarda "psixi" xəstəliklərin, yəni ruhi problemlərdən yaranan fiziki pozuqluqların hamısına  rast gəlinə bilər. Bədənin fiziki mənada müqaviməti qırılaraq, gücdən düşür. Bunun nəticəsi olaraq immunitet sistemi çökür və bir-biri ardınca xəstəliklərə tutulur və ya qabaqcadan olan bir xəstəliyinin yaxşılaşması gecikir.

MÖMİNLƏRİN SEVGİSİ

Sevgi duyğusunun Allahdan başqasına, Onun yaratdıqlarına istiqamətləndirilməsi şirki ortaya çıxaran əhəmiyyətli bir səbəbdir. Möminlər isə, daha əvvəl də ifadə etdiyimiz kimi yalnız Allahı sevərlər, digər möminləri və Allahın yaratdıqlarını da onlarda Allahın təcəllilərini, Allahın sifətlərini gördükləri üçün Allah adına sevərlər. Allahdan müstəqil, Allahdan asılı olmayan varlıqlar olaraq sevməzlər. Bu da xalis imanın şərti və göstəricisidir.

2010/10/15

Qadın-Kişi Münasibətlərindəki Şirk Sevgisi

Allahın razılığından kənar qurulan qadın-kişi münasibətləri insanları şirkə aparan əhəmiyyətli mövzulardan biridir. Bunlar ya evlilik, ya da evlilikdən kənar qurulan münasibətlər şəklində ola bilər.

Bu romantik sevgi anlayışında, Allaha qarşı edilməli olan bütün vəzifələri bir-birlərinə qarşı edən, bir-birlərini Allahdan müstəqil varlıqlar olaraq görən, Allaha qarşı hiss ediləcək duyğuları bir-birlərinə qarşı hiss edən “sevgililər” ortaya çıxar. Bu sevgililər Allahı zikr etmək (xatırlamaq) yerinə, davamlı bir-birlərini zikr edərlər (xatırlayarlar). Səhər oyananda onları yaradan və onlara yeni gün nəsib edən Allahı  xatırlayıb Ona şükr edəcəkləri yerdə, ilk işləri bir-birlərini düşünmək, bir-birlərini xəyal etmək olar. Özlərini Allaha bəyəndirməyə deyil, bir-birlərinə bəyəndirməyə çalışarlar. Allah və Onun dini üçün fədakarlıq etməzlər, amma bir-birləri üçün müxtəlif fədakarlıqlar göstərərlər. Qısacası bu şəxslər bir-birlərini ilah etmiş olarlar.

2010/10/14

ROMANTİK SEVGİ ANLAYIŞI

İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə Surəsi, 165)

2010/10/11

ÖZÜNƏ QAPANMA

Duyğusal  insanların, bədbin, depressiv və tənha halları dinə uyğun gəlməyən ruh halıdır. Allah insanları təvəkkülə və rahatlığa çağırır.

Duyğusallıq bəzi insanlarda içinə qapanma, insanlarla ünsiyyət qura bilməmə formasında özünü göstərir. Bu cür duyğusallıqda insan yalnız öz dünyasında, öz problemləri ilə maraqlanır, ətrafında baş verənlərə qarşı laqeyd olur. Quranda əmr edilən güclü şəxsiyyətə sahib olmadığından dünyada baş verən hadisələrə dayanacaq gücü olmur, qarşısına çıxan problemlərin öhdəsindən gələ bilmir, hər zaman aciz, çarəsiz olur.

Təvəkkülü, Allaha güvənməyi, Allaha yönəlib Ondan kömək istəməyi düşünmədiyi üçün özünü dünyada yalnız və çarəsiz hiss edir. Buna görə öz içində yaratdığı xəyal dünyasının xaricinə çıxmaqdan qorxur. 

2010/10/09

MİNNƏTDARLIQ DUYĞUSU

İnsandakı duyğulardan biri də minnətdarlıq, başqa sözlə "təşəkkür" duyğusudur. İnsan doğulduğu andan etibarən daima nemət yağışı ilə qarşı-qarşıyadır. Verilən nemətlər adətən hər hansı səbəblər vasitəsilə verildiyi üçün insan təşəkkür duyğusunu bu səbəblərə yönləndirməyə çox meyilidir. Halbuki bu duyğunun da gerçək mənada yönəldilməsi lazım olan tək varlığın Allah olduğu, Quranda dəfələrlə ifadə edilir. Quranda bu minnətdarlıq "şükr etmək" kimi göstərilir. Şükr etmək, vasitəçilər kim, ya da nə olursa olsun, bütün nemətləri göndərənin yalnız Allah olduğunun və hər məsələdə  yalnız Ona möhtac olduğunun şüurunda olmaq, Ona qarşı təşəkkür və minnətdarlığını ürəkdən və dillə ifadə etməkdir.

2010/10/08

ŞEYTANİ MƏRHƏMƏT DUYĞUSU

Şeytana uyan insanlar, Allahın gözəllik olaraq verdiyi mərhəmət duyğusunu da bəzən tamamilə səhv istiqamətlərdə istifadə edə bilirlər. Allahın hökmləri ilə ziddiyyət təşkil edən mərhəmət hissi, şeytani mərhəmətdir. Duyğusal  insanlar Quranı özlərinə rəhbər etmədikləri üçün şəfqət və mərhəmət hissləri də azğınlaşır.

Məsələn, bir insan insanlara edilən zülmdən, körpə uşaqların, günahsız heyvanların ölümündən çox kədərlənə bilər, ancaq burada şeytani mərhəmət hissi yaranar və qarşılaşdığı hadisələr onu Allaha qarşı üsyana və şirk qoşmağa aparar. Halbuki bu cür təlqindən xilas olan ağıllı insan, həqiqəti daha ağıllı  şəkildə görəcək. Belə ki, ölüm möminlər üçün zülm, əzab-əziyyət olmadığı kimi böyük qurtuluş və sonsuz gözəl həyata atılan addımdır. Allahın qullarını öz Qatına götürdüyü bir qapıdır. Şeytan və onun dostları baxımından isə ölüm dünyadakı azğınlıqlarının, nəfslərinin sərhədsiz ehtiraslarının sona çatdığı və özlərinə vəd edilən əbədi əzab qapısının açıldığı andır. Buna görə şeytan ölümü çirkin görər və göstərməyə çalışar. Cəhənnəmə gedən insanlar üçün ölüm həqiqətən pis hadisə, cənnətə gedəcək insanlar üçün isə sevindirici hadisədir.

2010/10/07

QƏZƏB VƏ ƏSƏB











Tez əsəbləşmək, özünə hakim ola bilməmək, 
qışqırıb bağırmaq, özünə ya da başqalarına
zərər vermək insanın ağılla deyil, 
hissləri ilə hərəkət etdiyinin göstəricisidir.