2010/10/14

ROMANTİK SEVGİ ANLAYIŞI

İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə Surəsi, 165)

Romantik sevgi anlayışından bəhs etmədən əvvəl, möminlərin gerçək sevgi anlayışının necə olduğunu xatırlamaqda fayda vardır. İman sahibi şüurlu bir insan , bütün ürəyiylə sevməsi, yaxınlaşması, bağlanması lazım olan varlığın Allah olduğunu bilir, çünki özünü yoxdan var etmiş, bədənini, ağlını, şüurunu, imanını və sahib olduğu bütün hər şeyi özünə O vermişdir. Bütün ehtiyaclarını qarşılamış və qarşılamaqdadır. Özü üçün bu dünyada saysız nemətlər yaratmışdır. Üstəlik, özünə iman etdiyi və itaət etdiyi təqdirdə onu həm dünyada, həm də axirətdə çox böyük və sonsuz bir nemətlə, özündən bir sevgi və məmnuniyyətlə müjdələyir. Bütün bunları da yalnız özündən bir rəhmət və lütf olaraq qarşılıqsız bir şəkildə verir. O halda gerçək mənada, hər kəsdən çox sevilməyə, bağlanılmağa layiq olan yalnız Allahdır.
Necə ki, Allah, möminləri " Rəbbinə üz tut! " ayəsiylə bu mövzuda xəbərdar etməkdədir. (İnşirah Surəsi, 8)

İnsanlara duyulan sevgi də Allah sevgisindən qaynaqlanr. Allahı sevən insan, Allaha itaət edən qullara qarşı bir şəfqət duyğusu hiss edir. Bu da, Allahın bu insanlar üzərindəki təcəllilərinə duyulan gerçək sevgini meydana gətirir.

Sevginin meydana gəlməsindəki səbəblərdən biri də sevilən kimsədəki üstün və gözəl xüsusiyyətlərə qarşı duyulan maraq və heyranlıqdır. Bu maraq və heyranlıq qarşı tərəfdən də qarşılıq gördükdə aradakı əlaqə qüvvətli bir sevgiyə çevrilir, ancaq burada əhəmiyyətli olan, üstünlük və gözəlliyin gerçək sahibini tapmaq, maraq, sevgi və heyranlıq hisslərini ona yönəltməkdir. O da yenə, bütün gözəlliklərin, üstün və uca sifətlərin qaynağı, sahibi olan Allahdır. Onun yaratdıqlarının sahibmiş kimi göründükləri üstün sifətlər isə, yalnız Allahın sonsuz sifətlərinin çox kiçik bir əks olunmasıdır və gerçəkdə Allaha aiddir, ancaq müvəqqəti Allahın qulları üzərində təcəlli etməkdə, yəni əks olunmaqda, görünməkdədir.

Bütün bunlardan ötrü, sevgi ancaq Allahın Şəxsinə duyular. Onun təcəllilərinə qarşı duyulan sevgi isə, ancaq Allah ürəkdən və xatirdən çıxarılmadan, Onun adına bəslənə bilər. İnsanın bir kimsəni və ya bir əşyanı Allahdan müstəqil bir varlıq olaraq görüb, onu, Allahı sevər kimi sevməsi isə, şirk qoşduğunun ən diqqətə çarpan əlamətlərindən biridir.

Səhv və haqsız bir sevgi bəsləmə nəticəsində şirk qoşmanın cəmiyyətdə çox növləri vardır. Atasını şirk qoşma, oğulunu şirk qoşma, arvadını, ərini, ailəsini, atalarını, idarəçilərini şirk qoşma bunlardan müəyyənləridir. Hamısının da təməlində səhv və haqsız bir sevgi vardır.

Bir ayədə müşriklərin Allahı buraxıb, özlərinə sevgi bağı ilə bütlər əldə etdikləri, belə bildirilir:

(İbrahim) dedi: “Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allahı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyəcəksiniz. Sığınacağınız Od olacaqdır. Sizə yardım edə bilən kəslər də tapa bilməyəcəksiniz”.  (Ənkəbut Surəsi, 25)

Axirətdə bu sevgi bağının nifrətə və qarşılıqlı inkara çevrildiyi isə yenə Quranda bizə bildirilir. Bunun səbəbi, aralarında sevgi bağı quraraq bir-birlərini büt edənlərin, axirətdə bir-birlərinin sonsuz əzabına səbəb olmalarıdır. Yalnız Allahı ilah edən bir kimsənin başqa bir şeyi, başqa bir kimsəni Allah qədər, ya da Ondan daha çox sevməsi mümkün ola bilməz. Bunun əksinə bir davranan müşriklər isə ayədə belə təsvir edilir:

İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər. (Bəqərə Surəsi, 165)
Ayədə, iman edənlərin ən çox Allahı sevdikləri ifadə edilmişdir. Demək ki, Allahdan başqalarının sevgisi ürəyində daha güclü olan bir kimsənin 'iman edənlərdən olduğunu söyləmək mümkün deyil. Bunun əksini iddia edən bir adamın səmimi olmadığı, ya da Allahı və dini gərəyi kimi tanımadığı qətidir. Onsuz da ayənin sonundan şirk qoşanların Allah haqqında səhv və əskik bir məlumat və anlayışa sahib olduqları aydın olur.

Bu tərz kəslər, Allahı gərəyi kimi təqdir edə bilmədiklərindən (Zumər Surəsi, 64-65) sahib olduqları sevgi duyğusunu öz nəfslərinə və ya başqa kəslərə istiqamətləndirirlər. Bunlar ataları, oğulları, qardaşları, arvadları, ərləri, sevgililəri, nümunə götürdükləri kəslər, heyran olduqları kəslər kimi bir çox insan ola bilər. Bəzi kəslərdə bu sevgi insanlarınla yanaşı, cansız obyektlərə, hətta mücərrəd anlayışlara da istiqamətləndirilər. Pul, mal, ev, avtomobil, hər hansı bir əşya, mövqe, iqtidar kimi anlayışlar bütləşdirilir. Qısaca imanla doğru bir şəkildə istiqamətləndirilməyən sevgi, özü ilə birlikdə şirk qoşmağı gətirir. Bu sevgi ağılla olmadığı, yəni Allaha istiqamətləndirilmədiyi üçün, romantik sevgidir. Allah Quranda belə ehtiraslı sevginin insanlara fayda gətirməyəcəyini, əsl qazancın Allah Qatında olduğunu belə bildirmişdir:

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. (Ali İmran Surəsi, 14)

Doğru olan isə, bütün bunları Allahın yaratdığı varlıqlar olaraq sevmək və onları Allahın vermiş olduğu bir nemət olaraq qiymətləndirməkdir. Xüsusilə insan sevgisi, Allahın yaratdığı gözəl bir hissdir. Allah Quranda insanı "ən gözəl surətdə" yaratdığını bildirmişdir. Bu səbəbdən Allaha itaətli, gözəl əxlaqlı insanlara layiq olduqları şəkildə dərin bir sevgi bəsləmək də gözəl əxlaqın bir gərəyidir. Möminin duyduğu bu gerçək sevgi, dindən uzaq cəmiyyətlərdə yaşanan heç bir sevgi ilə müqayisə edilə bilməyəcək, çox uca, dərin bir duyğudur.

İrəliləyən hissələrdə isə, Allahın bir nemət olaraq insana verdiyi bu uca duyğunu yaşaya bilməyən insanlardan danışacaq, sevgi yoluyla yaşanan şirk modelinin ən sıx və davamlı  rast gəlinən növü olan qadın-kişi münasibətləri üzərində xüsusilə dayanacağıq.

Hiç yorum yok:

Yorum Gönder