2010/09/28

HALAL VƏ HARAM SEVGİ


Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutun! Onlar (kafirlər) sizə gələn haqqı (Quranı, Muhəmməd əleyhissəlamı) inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz...(Mumtəhinə Surəsi, 1)
Emosionallıq, başqa sözlə desək romantizm çox vaxt "sevgi" adı altında təzahür edir. Məsələn, romantik radikal milliyyətçilər öz millətlərini çox sevdiklərini söyləyərək başqa millətlərə qarşı kin bəsləyir və hətta təcavüzkarlıq edirlər. Və ya gənc bir qıza aşiq olan, onu həyatının  mənası kimi görən, "sənə aşiqəm" deyə şeirlər yazan, hətta intihara cürət edəcək qədər irəli gedərək bu qızı "ilahlaşdıran" gəncin çıxış nöqtəsi yenə "sevgi" anlayışıdır.Homoseksuallar, yəni Allahın haram etdiyi azğınlığı həyasızca və israrla tətbiq edən kəslər də bir-birlərində "sevgi" tapdıqlarını söyləyirlər. İnsanların əksəriyyəti isə adını "sevgi" qoyduqları bütün duyğuların həmişə doğru, təmiz, hətta müqəddəs olduğunu zənn edir və yuxarıda saydığımız nümunələri məqbul görürlər.
Əlbəttə sevgi Allahın insana bəxş etdiyi gözəl duyğudur, amma əsas olan, bu sevginin kimə və nə düşüncələrlə bəsləndiyi, yəni gerçək sevgi olub olmadığıdır. Romantizmin gətirib çıxardığı azğın sevgi anlayışı ilə Allahın bizə Quranda öyrətdiyi gerçək sevgi anlayışı bu nöqtədə bir-birindən ayrılır.
Əvvəlcə Qurana görə sevginin meyarını açıqlayaq: Qurana görə sevgi,ona layiq olanlara duyular . Sevgiyə layiq olmayanlar isə sevilməz. Hətta onlara "buğz" edilər, yəni ürəkdən soyuqluq duyular. Kimin sevgiyə layiq olduğu isə, əxlaqına görə bilinir.
Mütləq sevgiyə layiq olan tək varlıq, hamımızın yaradıcısı olan Allahdır. Allah bizi var etmiş, saysız-hesabsız  nemətlər bəxş etmiş, bizə yol göstərmiş və əbədi cənnəti vəd etmişdir. O hər cür çətinliyimizə kömək edir, hər səmimi duamıza qarşılıq verir. Bizi O doyurur, xəstələndiyimizdə bizə O şəfa verir, ürəyimizi rahatlığa O qovuşdurur. Buna görə də kainatın sirrini qavrayan insan, Allahı hər şeydən çox sevir. Sonra da Allahın sevdiklərini,yəni saleh insanları sevir.
Allaha qarşı üsyankar olanlar, Rəbbimizə üsyan edən nankorlar isə sevgiyə layiq deyildirlər. Bu insanlara qarşı sevgi bəsləmək çox böyük səhvdir.Allah bu mövzuda iman edənlərə belə xəbərdarlıq edir:
Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutun! Onlar (kafirlər) sizə gələn haqqı (Quranı, Muhəmməd əleyhissəlamı) inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz). Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi dost tutmayın). Siz onlarla gizlində dostluq edirsiniz (dostluq üzündən onlara sirr verirsiniz). Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi (bütün gizli və aşkar əməllərinizi) bilirəm. Sizdən kim (bir daha) bunu etsə (düşmənlərlə dostluq edib onlara sirr versə), o, şübhəsiz ki, haqq yoldan azmışdır!  (Mumtəhinə Surəsi, 1)
Ayədən göründüyü kimi iman edənlər inkarçılara qarşı sevgi bəsləməzlər, ancaq burada əhəmiyyətli bir detalı xatırlatmaqda fayda vardır. Mömin, dini inkar edən birinə qarşı ürəyində sevgi duymasa belə o insanın iman etməsi, müsəlman olması üçün əlindən gələn hər şeyi etməlidir.Burada bəhs edilən "sevgi duymamaq" qarşıdakı insana kin bəsləmək,onun yaxşılığını istəməmək mənasını vermir. Əksinə Allaha iman edən insan dini təbliğ etmək, cənnətin və cəhənnəmin varlığını xatırlatmaq, ölüm və hesab günü ilə qarşı tərəfi xəbərdar edib qorxutmaq vəzifələrini nöqsansız olaraq, şövqlə yerinə yetirməlidir.
Bundan başqa bütün səyinə baxmayaraq qarşısındakı insan iman etməsə belə müsəlmanın ədalətli davranışında bir dəyişiklik olmaz. Möminlərə zərər verməyən, cəmiyyətdə təxribat törətməyən hər insana həlim davranar . Çünki Allah möminlərə belə əmr etmişdir:

Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalımlardır!  (Mumtəhinə Surəsi, 8-9)
Mumtəhinə Surəsinin 1,8-9cu ayələrində Allah bizlərə bir çox hikmətləri açıqlayır: Bir insana yol göstərən  onun hissləri  olmamalıdır, çünki duyğular insanı son dərəcə səhv nöqtələrə apara bilər. İnsan hissləri ilə deyil, ağıl,iradə və Allahın əmrlərinə görə hərəkət etməli,həmçinin hisslərini də ağıl və iradəsiylə tərbiyə etməlidir.
Bu həqiqəti ancaq hissləri ilə davranan hər insanın həyatında görə bilərik. Ürəyindəki istək, ehtiras, nifrət və ya kin kimi duyğulara qapılan milyonlarla insan, ağılsız hərəkətlər edir və bunu da "nə edim, sevirəm " və ya "nə edim, çox istəyirəm, içimdən gəlir" kimi çarəsizlik dolu sözlərlə müdafiə edirlər. Halbuki bir şeyin insanın "içindən gəlməsi" onun doğru və halal olduğuna dəlalət etməz. İnsanın nəfsi özünə daim pisliyi əmr edir, şeytan da onu daha böyük pisliklərə təşviq edir. "Nə edim, içimdən gəlir" deyərək Allahın razılığına zidd hərəkətlər edən insan, əslində nəfsinin və şeytanın oyuncağı olmuşdur. Allah Quranda bu insanlardan  belə bəhs edir:
(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız? (Haqqı bildiyi halda küfr edənin cəzası, haqqı bilmədən, cahilliyi üzündən küfr edənin cəzasından daha ağırdır. Çünki alimlə cahilin məsuliyyəti eyni ola bilməz!) (Casiyə Surəsi, 23)


Hiç yorum yok:

Yorum Gönder